“Zenit” klubunun hücumçusu Artyom Dzyuba Rusiya millisinin mart toplanışında iştirakdan imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Valeri Karpin Rusiya Futbol İttifaqının saytına açıqlamasında məlumat verib.
O, Dzyubanın Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu addımı atdığını bildirib.