Almaniyanın Qərb Regional Liqasında 29-cu turun matçları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti oyununa çıxıb.
Komanda doğma meydanda “Vuppertaler”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4. Rüfət Dadaşov bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Şalke II” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.