Polşa çempionatında 25-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Komanda səfərdə “Yagelloniya” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.