Azərbaycan Velosiped İdmanı Federasiyasının 2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, Dağ Velosipedi Parkında MTB üzrə mövsümün açılış yarışı keçirilib.

Offsideplus.az xəbər verir ki, açıq xarakterli yarışda 30-dan artıq həvəskar və peşəkar velosipedçi iştirak edib.