“Çelsi” klubunu satışa çıxaran rusiyalı biznesmen Roman Abramoviç yeni futbol liqası yaratmaq fikrinə düşüb.

Offsideplus.az xəbər verir ki, "Qitələrarası Futbol Liqası" adlı turnirə Rusiya, Serbiya, Çin, İsrail, Bolqarıstan, Belarus, Qazaxıstan, Finlandiya klublarının cəlb edilməsi nəzərdə tutulub.

Liqaya rus və çinli sahibkarların, eləcə də digər ölkə nümayəndələrinin sponsorluq edəcəyi ehtimal olunur.

Xatırladaq ki, Abramoviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Böyük Britaniyada ona tətbiq edilən sanksiyalara görə "Çelsi"ni satmaq məcburiyyətində qalıb.