Almaniyanın futbol üzrə Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda doğma meydanda “Essen”lə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. 

Rüfət Dadaşov bu görüşdə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 31 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.