Azərbaycanın kişilərdən ibarət milli yığma komandanın heyəti fevralın 15-i İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak etmək üçün adıçəkilən ölkəyə yola düşüblər.

 Offsideplus.az xəbər verir ki, səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, heyət üzvlərinin hamısından PCR testi götürülüb. Turnirdə iştirakı planlaşdırılan idmançımız Elcan Hacıyevdə testin nəticəsi pozitiv çıxdığı üçün onun adı heyət üzvlərinin siyahısından çıxarılıb. Digər idmançılarımızda testin nəticəsi neqativ olduğu üçün müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra heyət üzvləri İsrailə yola düşüblər.