Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyanın "Viktoriya"(Jijkov) klubunda növbəti qolunu vurub.

Offsideplus.az xəbər verir ki, Nəbiyev Jijkov təmsilçisinin "Slovan"ın B komandasına qarşı yoxlama oyununda (3:3) fərqlənib.

Matçın ikinci hissəsində meydanda olan Fərid "Viktoriya"nın 3-cü qolunu vurub.

Qeyd edək ki, Fərid Nəbiyev 2022-ci ildə keçirdiyi 5 matçda 6 dəfə fərqlənib.