18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdəki heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, millimiz fevralın 6-də Qırğızıstan, 7-də Belarus, 9-da Qazaxıstan, 10-da isə Tacikistan komandası ilə qarşılaşacaq. Qrup oyunlarından sonra millimiz digər qrupda müvafiq mövqedə yer alan komanda ilə üz-üzə gələcək.