Azərbaycan yığmasının üzvü Mahir Emreli "Legiya"da ( Varşava ) ilin ən yaxşı legioner futbolçusu seçilib.
Offsideplus.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında baş tutan səsvermədə millimizin hücumçusu 42 faiz səslə qalib olub. O, bu seçimdə komanda yoldaşları Filip Mladenoviçi və Toamş Pekartı qabaqlayıb.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm Varşava təmsilçisində heyətində 11 qolla yadda qalıb.