Stanislav Çerçesovun yeni iş yeri bəlli olub.
Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Macarıstan təmsilçisi "Ferentsvaroş"la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat verib
Rusiyalı çalışdırıcı ilə bağlanan müqavilənin müddəti haqqında məlumat verilməyib.
Qeyd edək ki, Osetin kökənli Çerçesovun son iş yeri Rusiya millisi olub.