“Barselona” klubu əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın şərəfinə keçirilən Maradona Kubokunda “Boka Xuniors ilə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki “Mrsool Park” stadionunda təşkil olunan oyun Argentina təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Boka Xuniors” 4:2 hesabıyla qalib gəlib.