Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor”un da rəqibi müəyyənləşib.

I liqa təmsilçisi bu raundda superliqada mübarizə aparan “Qaziantep” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, görüş dekabrın 28-i, 29-u və ya 30-da keçiriləcək.