Ukraynanın “Kolos” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yaroslav Vişnyakla anlaşıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələlik açıqlanmayıb. 

Adıçəkilən komandada Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də forma geyinir. Sözügedən komanda cari mövsümə Ruslan Kostışinin rəhbərliyi altında başlamışdı.

Qeyd edək ki, “Kolos” hazırda Ukrayna Premyer Liqasında 18 xalla 10-cu pillədə qərarlaşıb.