"Barselona"nın sabiq futbolçusu Xavyer Maskerano Argentina U-20 yığmasını çalışdıracaq.

 

Offsideplus.az   adı çəkilən ölkənin  mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu bu postda Fernando Batistanı əvəzləyəcək. 

 

Xatırladaq  ki, Maskerano  2003/2018-ci illər  aralığında Argentina millisinin şərəfini qoruyub. O,ölkəsi ilə 147 maçta meydana çıxıb və 3 qola imza atıb.