"İnter"in futbolçusu Marselo Brozoviç "Nyukasl"a keçə bilər.

Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 29 yaşlı xorvatiyalı oyunçunu qışda heyətinə qatmağı planlayır.

Brozoviçin "İnter"lə hazırkı sözləşməsi bu mövsümün sonu başa çatacaq.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən Milan təmsilçisinin şərəfini qoruyur.