Futbol üzrə Çexiya 2-ci divizionunda 16-cı turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) doğma meydanda “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Fərid Nəbiyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Bildirək ki, “Viktoriya” 16 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.