Versal Cinayət Məhkəməsi "Real"ın ulduzu Kərim Benzemanın Fransa millisindəki sabiq komanda yoldaşı Matyo Valbuenaya etdiyi şantaj ilə bağlı qərarını dəqiqləşdirib.
Offsideplus.az "News9"a istinadən xəbər verir ki, 33 yaşlı forvard 10 ay müddətinə şərti olaraq, azadlıqdan məhrum edilib. Adı çəkilən oyunçu 75 min avro məbləğində də cərimələnib.
Benzema millidəki sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə təqsirli bilindiyi üçün 2015-ci ildən Fransa yığmasından kənarlaşdırılmışdı. Daha sonra o, Avro-2020-yə görə yenidən milliyə çağırılmışdı.