Bölgələrə səfər çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu dəfə Mingəçevirdə olub.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, E.Məmmədov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Mingəçevir şəhərində yerləşən Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb və uşaqların məşqini izləyiblər. Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.