Donald Gerye karyerasını  Polşa çempionatında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, haitili futbolçu 4-cü liqada çıxış edən "Veçista" ilə anlaşıb.Adı çəkilən oyunçu mövsümün sonuna kimi bu klubun şərəfini qoruyacaq. 

 

Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”nin formasını geyinib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər “Qarabağ”da, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər isə “Neftçi”də çıxış edib.Onun son klubu Kipr təmsilçisi "Apollon" (Limassol) olub.