DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya seçmələriylə qarşılaşacaq İtaliya yığması itkilərlə üzləşib.

Offsideplus.az xəbər verir ki,  hücumçu Çiro İmmobile və müdafiəçi Corco Kyellini də zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, İtaliya millisi noyabrın 12-də İsveçrə yığmasını qəbul edəcək, bundan üç gün sonra isə səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.