Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb. 

Adıçəkilən komanda səfərdə “Proyssen Münster”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. 

Rüfət Dadaşov də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Şalke II” bu nəticədən sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.