Azərbaycan millisinin üzvü Namik Ələskərov “Bursaspor”da qol hesabını açıb.

Offsideplus.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasının 10-cu turunda hazırda “Balıkesirspor”la keçirilən oyunda hesabı açıb.

Ələsgərov görüşün 29-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Bu, Namiqin “Bursaspor”da rəsmi oyunlarda ilk qolu olub.