Futbol üzrə Polşa çempionatında 11-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) doğma meydanda "Poqon"la qarşılaşıb. 23 yaşlı müdafiəçinin komandası bu görüşdə 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Visla” turnir cədvəlində 13 xalla 11-cü pillədə qərarlaşır.