Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb. 

Komanda doğma meydanda “Fortuna”(Köln) ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. 

Rüfət Dadaşov da bu oyunun iştirakçısı olub. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb. 

Qeyd edək ki, “Şalke II” bu nəticədən sonra 12 xalla 13-cü pillədə qərarlaşıb.