“Məğlub olsaq öz vəzifəmdən qovulacağam? Hər yazılana inanmayın”.
Offsideplus.az xəbər verir ki, bu sözləri DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan – İrlandiya qarşılaşmasından öncə rəqib komandanın baş məşqçisi Stiven Kenni deyib.
O, heyətdə problemlərin olduğunu bildirib:
“Serbiya ilə oyundan sonra komandanın özünəinamı artıb. Sabahkı matça yaxşı hazırlaşmışıq, təziq hiss etmirik. Təəssüf ki, iki futbolçumuz oyundan öncə xəstələnib. Lakin onlarda koronovirus infeksiyası aşkar edilməyib. Özlərini yaxşı hiss etsələr, sabah meydana çıxacaqlar”.
İrlandiyalı çalışdırıcı Azərbaycanla oyunda qalib gəlmək istədiklərini qeyd edib: “Azərbaycan yığmasının bütün oyunlarını izləmişik. Serbiya sonda qol vuraraq qalib gəldi, Portuqaliya ilk hissədə çətinlik çəkdi. Sabah isə biz qalib gəlmək istəyirik və ən əsası qələbəni haqlı qazanmaq niyyətindəyik”.