Ukraynalı hücumçu Artyom Milevski karyerasını "nöqtələyib".

Offsideplus.az xəbər verir ki, bu barədə 36 yaşlı forvard özü məlumat verib. O, futbolçu karyerasını başa vurduğunu bildirib.

Qeyd edək ki, Milevski karyerası ərzində Ukraynada “Dinamo” (Kiyev), “Minay”, Türkiyədə “Qaziantep”, Rusiyada “Tosno”, Belarusda “Dinamo” (Brest) kimi klublarda çıxış edib. O, Ukrayna yığmasında 50 oyun keçirib.