FIFA İntizam Komitəsi Macarıstan yığmasını cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində İngiltərə ilə ev oyununda (0:4) yerli azarkeşlərin irqçi davranışları səbəbindən yığma cəzaya məruz qalıb.

Macarsıtan seçməsi FIFA bayrağı altında keçirəcəyi növbəti iki ev oyununda tamaşaçı dəstəyindən məhrum olunub. İkinci matçla bağlı qərar şərtidir. 2 illik sınaq müddətində eyni hal təkrarlanarsa, 1 oyunluq cəza qərarı avtomatik olaraq qüvvəyə minəcək. Bundan başqa, Macarıstan Futbol İttifaqı 200 000 İsveçrə frankı məbləğində cərimələnib.