Bu gün Türkiyə I divizionunda 6-cı turun qarşılaşmaları keçirilir. 

Offsideplus.az xəbər verir ki, milli komandamızın futbolçusu Namik Ələsgərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Tuzlaspor"un qonağı olub və 0:0 hesabı ilə yekunlaşıb. 

Qarşılaşmanın 33-cü dəqiqəsində "Tuzlaspor"un futbolçusu İsmayıl Konuk qırmızı vərəqə alaraq meydandan qovulub. 50-ci dəqiqədə Namikə qarşı edilən qayda pozuntusundan sonra matçın baş hakimi "Bursaspor"un lehinə penalti təyin edib, lakin topa yaxınlaşan Bruno fürsətdən istifadə edə bilməyib. 

Bununla da "Bursaspor" 6-cı turda 5-ci xalını qazanıb və 14-cü pillədə qərarlaşıb.