Futbol üzrə Belarus Yüksək Liqasında 23-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” da növbəti matçına çıxıb.

Mozır təmsilçisi səfərdə Brest “Dinamo”su ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Ruslan Qurbanov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Slaviya” bu qələbədən sonra Belarus çempionatında 18 xalla 14-cü pillədə qərarlaşıb.