Polşa Ekstraklassasında 8-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Plotsk təmsilçisi "evdə" “Yagelloniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Visla” 8 turdan sonra 10 xalla 6-cı pillədə qərarlaşıb.