Türkiyə 1-ci liqasında 5-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu Namik Ələsgərovun şərəfini qoruduğu "Bursaspor" öz meydanında "Samsunspor"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Matçın 61-ci dəqiqəsində meydana daxil olan Ələskərov iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Bursaspor” 5 turdan sonra 4 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.