"Neftçi"dən ayrılandan bəri klubsuz qalan yaponiyalı futbolçu Keysuke Hondanın yeni iş yeri bəlli olub.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Litvada davam etdirəcək. O, "Suduva" klubu ilə müqavilə imzalayıb.
Müqavilənin detalları isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.