Futbol üzrə Çexiya 2-ci divizionunda 7-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) da növbəti oyununa çıxıb.

Jijkov təmsilçisi doğma meydanda “Vişkov”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Qeyd edək ki, "Viktoriya” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.