Veteran futbolçulara rəmzi formalar təqdim olunub.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1961-ci ildə Bakıda keçirilmiş Ümumittifaq Spartakiadasında çempion olmalarının və Ukraynada gənclər arasında təşkil olunmuş SSRİ çempionatında “Neftçi” komandasının heyətində gümüş medal qazanmalarının 60 illik yubileyi münasibətilə veteran futbolçular – Rafiq Batrayev, Vaqif Hüseynov və Vladimir Fyodorova AFFA tərəfindən rəmzi formalar təqdim edilib.
Bildirilir ki, veteran futbolçuların hər birinə Azərbaycan milli komandasının rəmzi olaraq “60” yazılmış formaları təqdim olunub.