FIFA DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən və 5-ci dəqiqədə dayandırılan Braziliya - Argentina oyunu ilə bağlı araşdırma başlandığını bildirib.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumu olanlara görə təəssüf hissi keçirdiklərini bildirib:
“Milyonlarla azarkeşin Braziliya - Argentina matçından həzz ala bilməməsi səbəbindən təəssüf hissi keçiririk. İlkin hesabatlar artıq FIFA tərəfindən araşdırılır və yaxın zamanda qərar qəbul olunacaq”.
Qeyd edək ki, daha əvvəl Braziliya höküməti Argentina millisinin 4 futbolçusu - Emiliano Martines, Emiliano Buendia, Kristian Romero və Lo Çelsonu deportasiya etmək istəyib. İngiltərə klublarında çıxış edən bu futbolçular, Britaniyadan gəldikləri üçün mütləq 10-günlük karantinə alınmalıydılar.
Milli komandanın qaldığı otelə gələn polis işçiləri, onların artıq oyuna getdiklərini biliblər. Daha sonra miqrasiya xidmətinin işçiləri ilə birlikdə meydana daxil olublar. Buna etiraz olaraq, Argentina millisinin futbolçuları meydanı tərk ediblər. Qarşılşma rəsmi olaraq dayandırılıb, Argentina yığması isə bir neçə saat sonra ölkəni tərk edib.