"Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır".
Offsideplus.az xəbər verir ki, bu sözləri İrlandiya millisinin baş məşqçisi Stiven Kenni sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizlə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, yığmamızın heyətində "Qarabağ" futbolçularının çoxluq təşkil etdiyini ön plana çəkib:
"Komandanın heyətinin çoxu "Qarabağ"ın futbolçularından təşkil olunub. “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır. Heyətdə müəyyən problemlərimiz var. Koronavirusdan sağalan Kallum Robinson klubu ilə məşq edib. Çox güman ki, sabahkı oyunda ona şans verəcəyəm".