Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanovun yeni klubu məlum olub.

30 yaşlı hücumçu Belarusun yüksək liqasında çıxış edən "Slaviya"(Mozır) komandası ilə müqavilə imzalayıb.

Qurbanov yeni klubu ilə bağlı təəssüratlarını Offsideplus.az-la bölüşüb:

"Slaviya" ilə müqavilə bağladığım üçün sevinirəm. Yeni komandama faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Avropaya ona görə gəldim ki, burada özümü sübut edim və yenidən milli komandaya dəvət olunum".

Qeyd edək ki, sözügedən forvardın son klubu "Zirə" olub.