Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Namik Ələskərovun şərəfini qoruduğu “Bursaspor” da növbəti görüşünə çıxıb.

"Ağ-yaşıllar" səfərdə “Ərzurumspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Namik Ələskərov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Bursaspor” 2 turdan sonra 1 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.