“Mançester Yunayted” klubu futbolçusu Andreas Pereyranı icarəyə göndərib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Braziliya “Flamenqo”suna keçib.
O, 2021/2022 mövsümünü “Flamenqo”da keçirəcək.
Qeyd edək ki, 2012-ci ildən “Mançester Yunayted”də çıxış edən Pereyra ötən mövsümü icarə əsasında İtaliyanın “Latsio” klubunda keçirib.