Polşa çempionatında 5-ci turun görüşləri oynanılıb.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Plotsk təmsilçisi doğma meydanda “Zaqlenbe” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:0.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Visla” 5 turdan sonra 6 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.