Futbol üzrə Türkiyə 1-ci liqasında 2021/2022 mövsümünün ən bahalı futbolçularının siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Top 20-lik"də "Bursaspor"un yeni transferi, millimizin üzvü Namik Ələskərov da yer alıb.

26 yaşlı futbolçu 750 min avro qiymətlə 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ələskərov bu ay "Neftçi"dən ayrılaraq "Bursaspor"la 2 illik sözləşməyə imza atıb.