Çexiya 2-ci divizionunda 4-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin şərəfini qoruduğu “Viktoriya” (Jijkov) da növbəti görüşünə çıxıb.

Jijkov təmsilçisi səfərdə Praqa “Sparta”sının ikinci komandasıyla qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Fərid Nəbiyev də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 86-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 4 turdan sonra 6 xala malik “Viktoriya” 5-ci pillədə qərarlaşıb.