Futbol üzrə Polşa Ekstraklasasında 4-cü tura start verilib.
Offsideplus.az xəbər verir ki, yığmamızın müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plok) bu turda səfərdə “Pyast”la qarşılaşıb və 3:4 hesabı ilə uduzub
Krivotsyuk da bu görüşdə iştirak edib. O, start heyətdə meydan daxil olub və sonadək oynayıb. Millimizin üzvü 38-ci dəqiqədə 0:2 hesabı ilə geridə olan komandasının 1-ci qolunu vurub. O, eyni zamanda 79-cu dəqiqədə qol ötürməsi də verib. Beləliklə, Anton Polşa təmsilçisində ilk qolunu vurub.