“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Cənubi Azərbaycanın “Traktorsazi” klubundan təklif alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında özü məlumat verib. O, hazırda İranda baş verən ixtişaşlara görə qərar vermədiyini deyib.
Qeyd edək ki, Təbriz klubu bu mövsüm uğursuz çıxış edir. Komanda İran çempionatında 18 turundan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb.