Kiprin "Apollon" klubu Donald Gerye ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı haitili futbolçu hazırda Polşanın Krakov şəhərindədir. Ona klubdan ayrılması və özünə yeni iş yeri tapması üçün göstərişi Limassol təmsilçisinin direktoru Nikos Kirsiz verib.

Qeyd edək ki, sabiq "Qarabağ"lı Gerye bu ildən "Apollon"da çıxış edirdi.