Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün növbəti yoxlama oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Arsenal” komandası ilə qarşılaşıb. "Köhlən atlar" Tula təmsilçisinə minimal hesabla uduzub - 0:1. Matçda yeganə qolu 20-ci dəqiqədə rəqibin oyunçusu Yevgeni Markov vurub.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın ÇSKA (Sofiya) komandasını məğlub edib - 1:0.
Yoxlama oyunu
11 iyul
19:00 "Qarabağ" - "Arsenal" (Tula, Rusiya) 0:1
Qol: Yevgeni Markov, 20