“Dənizlispor”la yollarını ayıran Huqo Rodalleqanın yeni iş yeri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonrakı karyerasını Braziliyanın “Bahia” klubunda davam etdirəcək.
Forvard yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Rodalleqa 2019-cu ildən “Dənizlispor”da çıxış edirdi.