AVRO-2020-də Ukraynaya qalib gələrək (4:0) yarımfinala yüksələn İngiltərə millisinin bəzi futbolçuları qələbəni unikornlarla (təkbuynuzlu at) qeyd edib.
Offsideplus.az xəbər verir ki, Qaret Sautqyetin komandası dünən İngiltərəyə qayıdıb. 1966-cı ildən bəri ilk dəfə beynəlxalq turnirdə finala bu cür yaxınlaşan komanda böyük zəfəri hovuzda əylənərək keçiriblər.
Deklan Rays, Meyson Maunt, Cek Qriliş, Ceydon Sanço, Dominik Kalvert-Luin, Bukayo Saka, Sem Conston, Aaron Ramsdeyl və Markus Reşfordun unikornlarla əylənməsi sosial şəbəkələrdə gündəm olub.
"Arsenal"ın futbolçusu Bukayo Sakanın hovuza tullanması xüsusi diqqət çəkib. İngiltərə Futbol Federasiyasının Tvitter hesabından paylaşım edilərək, izləyicilərdən bu barədə maarqlı "capslar" hazırlanması istənilib. Ortaya çox maraqlı görüntülər çıxıb: