Avropada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Rusiya “Spartak” (Moskva) ilə üz-üzə gəlib. Görüş 2:1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.

Matçda "flaqman"ın qollarını Namiq ƏIəsgərovla Harramiz, "Spartak"ın qollarını isə İqnatov vurub.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də “Olimpiya” (Sloveniya) ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə (Sloveniya) 1:2 hesabı ilə uduzub.

29 iyun

19:30. "Neftçi" - "Spartak" (Rusiya) -2:1 (İkinci hissə)
Qollar: Namiq Ələsgərov, 8 (1:0), İqnatov, 44 (1:1), Harramiz, 45+2 (2:1)
Avstriya, “Sportzentrum Landskron” stadionu